AFFA "Qarabağ" və "Sabah"ın futbolçularına ağır cəzalar verdi

AFFA "Qarabağ" və "Sabah"ın futbolçularına ağır cəzalar verdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda U-17 Liqasında qeydə alınmış qayda poztunuları hüquqi qiymət alıb.

“Qarabağ” - “Sabah” oyununda baş verən insidentə görə hər iki tərəfin futbolçuları cəzalandırılıb.

Qərarları təqdim edirik:

24.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş "Qarabağ" FK – "Sabah" FK oyununda "Sabah" FK komandasının 5 nömrəli futbolçusu Kənan Əliyev qarşılaşmanın 21-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı və oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə növbəti 6 (altı) oyuna buraxılmasın (maddə 52.4).

24.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş "Qarabağ" FK – "Sabah" FK oyununda "Sabah" FK komandasının 2 nömrəli futbolçusu Nizami Nəbiyev qarşılaşmanın 90+2-ci dəqiqəsində dava etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılığı və oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə növbəti 6 (altı) oyuna buraxılmasın, "Sabah" FK komandası 1000 manat cərimə edilsin (maddə 9.3, 22.7, 48.2, 52.4).

24.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş "Qarabağ" FK – "Sabah" FK oyununda "Qarabağ" FK komandasının 11 nömrəli futbolçusu Ayxan İbadov qarşılaşmanın 90+2-ci dəqiqəsində dava etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2).

24.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş "Qarabağ" FK – "Sabah" FK oyununda "Qarabağ" FK komandasının 15 nömrəli futbolçusu İbrahim Sadiqli qarşılaşmanın 90+2-ci dəqiqəsində hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).