AFFA Yunis Hüseynova görə "Turan Tovuz"a 8 min manat cərimə kəsdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 12-ci tur matçlarında qeydə alınmış qayda pozuntularına dair cəzalar müəyyənləşdirilib.
"Şamaxı"nın məşqçisi Araz Bağırov və "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə 3 oyunluq diskvalifikasiya olunublar.
Hər iki klub məqşçilərinin hərəkətlərinə görə 8 min manat cərimə ödəyəcək.
Həmçinin görüşdə "Turan Tovuz"un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 matçlıq cəza alıb.
Tovuz təmsilçisi buna görə 3 min manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.

