Azərbaycan yığması Kişinyovda Moldova millisinə qalib gəldi

 Azərbaycan yığması Kişinyovda Moldova millisinə qalib gəldi

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın ilk topunu Xanım Əsədova vurub, digər qol avtoqol olub.

Komandalar arasında ikinci yoxlama matçı sentyabrın 18-də eyni stadionda baş tutacaq.