"Turan Tovuz"dan ayrıldı, dünya çempionunun komandasına keçdi

"Turan Tovuz"dan ayrıldı, dünya çempionunun komandasına keçdi

Yayda “Turan Tovuz”un yola saldığı Kristian da Silva özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, braziliyalı karyerasını vətənində davam etdirəcək.

36 yaşlı yaşlı yarımmüdafiəçi 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olmuş Klebersonun çalışdırdığı “Nort Esporte”də forma geyinəcək.

Komanda Braziliyanın aşağı liqasında çıxış edir.

Xatırladaq ki, Kristian Azərbaycanda "Sabah"da da oynayıb.