"Qarabağ" Avropa Liqasına böyükhesablı qələbə ilə başladı
"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi doğma azarkeşlər önündə İslandiyanın "Vestri" klubunu qəbul edib.
Matç komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Cavab oyunu iyulun 16-da Reykyavikdəki "Trouttarvöllur" stadionunda keçiriləcək.
UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyun
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) 3:0
Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86.
Baş hakim: Roman Jitar
Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ”: Mateuş Koxalski, Bruno Lanqa, Bençe Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Kadi Borges, Abdullah Zubir, Aleksey Kaşşuk, Zakaria Savo.
“Vestri”: Steynarsson, Svavarsson, Edson, Pete, Qardarsson, Fall, Haftarsson, Haukosson, Çeşmedyev, Balde, Hermansson.

