"Kəpəz"də yeni müqavilə
"Kəpəz"də yeni müqavilə reallaşıb.
"Mediasport" xəbər verir ki, gəncəlilər Ümid Səmədovla anlaşıblar.
Razılaşmaya əsasən, müdafiəçi 2028-ci ilin yayınadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Ümid Səmədov ötən mövsüm "Kəpəz"in heyətində 27 oyun keçirib.


