"Sabah" UEFA Çempionlar Liqasına qələbə ilə başladı

"Sabah" UEFA Çempionlar Liqasına qələbə ilə başladı

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasında debüt edib.

"Mediasport" xəbər verir ki, "bayquşlar" qitənin birinci dərəcəli klub turnirinin 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda TNS-lə (Uels) qarşılaşıblar.

Təmsilçimiz britaniyalılar üzərində inamlı qələbə qazanıb.

Komandaların cavab görüşü iyulun 14-də Uelsdə baş tutacaq.


UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyun


"Sabah" (Azərbaycan) - TNS (Uels) 2:0

Baş hakim: Patrik Qriskieviç (Polşa)

Masazır qəsəbə stadionu