Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala çıxdı

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala çıxdı

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 6-cı yarış günündə Azərbaycanın dörd sərbəst güləşçisi mübarizəyə qoşulub.

Təmsilçilərimizdən Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxıblar.

Uğurla yarışan hər iki legioner yarımfinala vəsiqə qazanıb.

Kənan Heybətov 1/4 finalda, Nurəddin Novruzov isə 1/8 finalda məğlub olub.

Yarımfinallar Bakı vaxtilə saat 15:30-da başlanacaq və İTV-də canlı yayımlanacaq.

DÇ noyabrın 1-də yekunlaşacaq.

Komandamızın aktivində hələlik 3 medal var: yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş mükafat əldə edib.