UEFA Avropa Liqasının finalında ingilis komandaları qarşılaşacaq

Futbol üzrə UEFA Avropa Liqasında finalçıların adları məlum olub.
“Mediasport” xəbər verir ki, yarımfinalın cavab görüşlərində şansları daha çox olan İngiltərə təmsilçiləri sürprizə imkan verməyiblər.
Turnirin çempionluq matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.
Xatırladaq ki, yarışın son qalibi İtaliyanın “Atalanta” klubudur.
UEFA Avropa Liqası. Yarımfinal. Cavab oyunları
“Budö Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) 0:2 İlk oyun - 1:3
Qollar: Dominik Solanke, 63, Pedro Porro, 69.
“Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) 4:1 İlk oyun - 3:0
Qollar: Meyson Maunt, 72; 90+1, Karlos Kazemiro, 80, Rasmus Hoylund, 83 - Mikel Xauregizar, 31.