Avroliqada 1/8 final yekunlaşdı: "Fənərbağça" turnirlə vidalaşdı

 Avroliqada 1/8 final yekunlaşdı: "Fənərbağça" turnirlə vidalaşdı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, 8 oyunla 1/4 finala vəsiqə qazanan kollektivlərin adlarına aydınlıq gətirilib.

Türkiyənin yarışda yeganə təmsilçisi "Fənərbağça" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 10-da və 17-də baş tutacaq.


UEFA Avropa Liqası. 1/8 final. Cavab oyunları


"Atletik" (İspaniya) - "Roma" (İtaliya) 3:1 İlk oyun 1:2

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Ayaks" (Niderland) 4:1 İlk oyun 2:1

"Latsio" (İtaliya) - "Viktoriya" (Çexiya) 1:1 İlk oyun 2:1

"Olimpiakos" (Yunanıstan) - "Budö Qlimt" (Norveç) 2:1 İlk oyun 0:3

"Lion" (Olimpik, Fransa) – FKSB (Rumıniya) 4:0 İlk oyun 2:1

"Mançester Yunayted" (İngiltərə) – "Real Sosyedad" (İspaniya) 4:1 İlk oyun 1:1

"Reyncers" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə) 0:2 (pen., - 3:2) İlk oyun 3:1

"Tottenhem" (İngiltərə) - AZ (Niderland) 3:1 İlk oyun 0:1