UEFA Avropa Liqasında 1/4 finala vəsiqə qazanan ilk klub dəqiqləşdi
UEFA Avropa Liqasında 1/4 finala çıxan ilk klub məlum olub.
"Mediasport" xəbər verir ki, 1/8 finalın cavab qarşılaşmaları çərçivəsində bir görüş bu gün Portuqaliyada baş tutub.
Ötən həftə Macarıstanda "Ferensvaroş"a iki cavabsız qolla uduzan "Braqa" doğma meydanda məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
Karlos Viçensin baş məşqçisi olduğu kollektiv macarların qapısından 4 cavabsız top keçirib.
Raundun digər cavab matçları sabah keçiriləcək.
