Fransa millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI

Fransa millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI

Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Didye Deşam D qrupu çərçivəsində oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya millisinə qarşı baş tutacaq matçlara 23 futbolçu dəvət edib.

Qapıçılar: Luka Şevalye (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);

Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Güsto (“Çelsi”, İngiltərə), Luka Ernandes (PSJ), Teo Ernandes (“Əl Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bayern", Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Manu Kone (“Roma”, İtaliya), Mikael Olise (“Bayern”, Almaniya), Adrien Rabyö (“Milan”, İtaliya), Kefren Türam (“Yuventus”, İtaliya);

Hücumçular: Manes Akliuş (“Monako”), Bredli Barkola (PSJ), Kinqsli Koman (“Əl Nəsr”, Səudiyyə Ərəbistanı), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya). 

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.