Azərbaycan millisi Bakıdakı DÇ-də Əfqanıstan yığması ilə qarşılaşır

Azərbaycan millisi Bakıdakı DÇ-də Əfqanıstan yığması ilə qarşılaşır

U-15 Azərbaycan milli komandası bu gün Bakıda keçirilən dünya çempionatında sonuncu - 10-cu matçını keçirəcək.

"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda Əfqanıstan yığması ilə qarşılaşacaq.

Görüş saat 11:30-da start götürəcək.

Xatırladaq ki, futbolçularımız daha əvvəl turnirdə Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1, Cəbəllütariqə 5:1 və Mozambikə 4:1 hesabları ilə qalib gəliblər, Avstraliyaya 1:3, Haitiyə 0:4, Çiliyə 1:3, Vyetnama isə 2:4 hesabları ilə uduzublar.

DÇ-də dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.

Bu gün yekunlaşacaq turnirin final görüşü Bakı Kristal Zalında baş tutacaq.