Arda Turanlı "Şaxtyor" İngiltərə səfərində - Avropa Konfrans Liqası
Buy axşam UEFA Avropa Konfrans Liqasında da finalçıların adları məlum olacaq.
"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin hər iki cavab oyunu eyni saatda başlanacaq.
Türkiyəli Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" İngiltərədə "Kristal Pelas"la qarşılaşacaq.
"Strasburq" isə Fransada "Rayo Valyekano" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin finalı mayın 27-də Almaniyanın Leypsiq şəhərində baş tutacaq.
UEFA Avropa Konfrans Liqası. Yarımfinal mərhələsi. Cavab oyunları
23:00 "Kristal Pelas" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) ilk oyun - 3:1
23:00 "Strasburq" (Fransa) - "Rayo Valyekano" (İspaniya) ilk oyun - 0:1
