UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atıldı
UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb.
"Mediasport" xəbər verir ki, tədbir Belçikanın Brüssel şəhərində keçirilib.
A, B, C və D liqalarında qrupların tərkibi müəyyənləşib və D Liqasında yer alan Azərbaycan yığmasının 2-ci qrupda rəqiblərinin Litva ilə Lixtenşteyn millilərinin olacağı dəqiqləşib.
Türkiyə seçməsi A liqasında güclü rəqiblərlə mübarizə aparacaq.
Turnirdə yeni mövsüm sentyabrın 24-də start götürəcək.
UEFA Millətlər Liqası. 2026/2027-ci illər mövsümü
A Liqası
I qrup: Fransa, İtaliya, Belçika, Türkiyə
II qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan
III qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya
IV qrup: Portuqaliya, Danimarka, Norveç, Uels
B Liqası
I qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya
II qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya
III qrup: İsrail, Avstriya, İrlandiya, Kosovo
IV qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, İsveç
C Liqası
I qrup: Albaniya, Finlandiya, Belarus, San Marino
II qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq cütünün qalibi
III qrup: Qazaxıstan, Slovakiya, Farer Adaları, Moldova
IV qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta cütünün qalibi
D Liqası
I qrup: Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu, Andorra
II qrup: Azərbaycan, Lixtenşteyn, Litva
