Emin Cəfərovu UEFA-dan çağırdılar
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsində iş başında olacaq.
Cəfərov avqustun 11-də keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununda UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
Qarşılaşma Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.


