"Ən yaxşısını etməyə çalışacağıq"

"Ən yaxşısını etməyə çalışacağıq"

"Sabah bizi yaxşı və təcrübəli komandaya qarşı oyun gözlyəir. "Torpedo" son illərdə avrokuboklarda daim iştirak edir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin kapitanı Qismət Alıyev deyib.

Müdafiəçi Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Torpedo" ilə matçından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Hava durumunu nəzərə alsaq, sabah çətin olmayacaq?

- Bundan əvvəl də isti havalarda oynamışıq. Problem yaradacağını düşünmürəm. Komanda şəklində oyuna hazırlaşırıq.

Rəqibin hücum planında nələri qeyd edərdiniz?

- Məşqçilər rəqib haqda yetərincə tapşırıqlar veriblər. Onların heyətində hər an oyunu dəyişəcək fubtolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq. Bizim də yetərincə təcrübəmiz var. Sabah ən yaxşısını etməyə çalışacağıq ki, meydandan istədiyimiz nəticə ilə ayrılaq.