Ülviyyə Fətəliyeva dünya çempionatında qızıl medal qazandı
Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının üzvü Ülviyyə Fətəliyeva İspaniyada keçirilən dünya çempionatının fərdi yarışlarında qızıl medal qazanıb.
"Mediasport" xəbər verir ki, yığmamızın lideri bu uğura Linares şəhərində baş tutan mundialda oynadığı 10 partiyada 6 xal toplamaqla nail olub.
Xatırladaq ki, İlahə Qədimovanın kapitanlığında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva ilə təmsil olunan kollektiv komanda hesabında DÇ-nin gümüş mükafatına yiyələnib.
