DÇ-nin son günündə 4 güləşçimiz bürünc medal uğrunda yarışacaq
Qazaxıstanın paytaxtı Astanada keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatı bun gün yekunlaşacaq.
"Mediasport" xəbər verir ki, son yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal uğrunda yarışacaq.
Cəbrayıl Hacıyev (79 kq), İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) təsəlliverici görüşlərə qatılacaqlar.
Xatırladaq ki, Azərbaycan komandasının heyətində mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
Sərbəst güləşçilərdən isə Arseniy Cioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) bürünc mükafatçı olub.

