Azərbaycanın 14 şahmatçısı Avropa çempionatında yarışacaq

 Azərbaycanın 14 şahmatçısı Avropa çempionatında yarışacaq

Sabah Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı start götürəcək.

Azərbaycan Şahmat Federasiyasından "Mediasport"a verilən məlumata görə, ölkəmiz qitə birinciliyində 14 şahmatçı ilə təmsil olunacaq.

Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.

43 ölkədən 502 şahmatçının qatılacağı AÇ gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə verəcək.

11 turdan ibarət təşkil ediləcək yarış aprelin 19-da yekunlaşacaq.