Qubada növbəti dəfə beynəlxalq şahmat festivalı keçiriləcək
Qubada beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan sayca ikinci “Quba Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Bu barədə "Mediasport"a Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat verilib.
Yarış AŞF və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə sentyabrın 3-10-u aralığında Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
Festivalın mükafat fondu 24420 manatdır.


