Unai Emeri avrokuboklarda rekordçu həmkarlarına şərik oldu
Avrokuboklarda ən çox çempionluq qazanan məşqçilərin adları açıqlanıb.
"Aston Villa" ilə Avroliqanın qalibi olan Unai Emeri 3-cü pilləyə yüksəlib.
O, karyerası ərzində ümumilikdə 5 dəfə bu turnirdə çempionluq yaşayıb.
İspaniyalı mütəxəssis 3 fərqli klubda bunu bacarıb: "Sevilya" (2013/2014, 2014/2015, 2015/2016), "Vilyarreal" (2020/2021), "Aston Villa" (2025/2026).
İlk iki pillədə yer alan mütəxəssislər - Karlo Ançelotti və Joze Mourinyo da avrokuboklarda eyni sayda zəfər yaşayıblar (hər biri 5 dəfə).
Sıralamada yer alan mütəxəssislər
Karlo Ançelotti (5 dəfə), Joze Mourinyo (5), Unai Emeri (5), Bob Peysli (4), Covanni Trapattoni (4), Pep Qvardiola (3), Zinəddin Zidan (3), Rafael Benites (3)
Mediasport.com.az


