"Zirə" Konfrans Liqasında Estoniya klubuna məğlub oldu
Azərbaycanın UEFA Konfrans Liqasında təmilçisi "Zirə" 2-ci raundda ilk matçını keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olub.
Rəşad Sadıqovun komandası son dəqiqələrdə qol buraxaraq uduzub.
Cavab görüşü iyulun 30-da Sumqayıtda baş tutacaq.
"Qartallar" növbəti mərhələyə vəsiqə qazansalar, rəqib “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi olacaq.
UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyun
"Payde" (Estoniya) – "Zirə" (Azərbaycan) 1:0
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (hamısı Moldova)
Estoniya, Payde stadionu.

