Bu klub 65 illik fasilədən sonra Çempionşipə vəsiqə qazandı

Bu klub 65 illik fasilədən sonra Çempionşipə vəsiqə qazandı

İngiltərənin futbol üzrə səviyyəcə 3-cü divizionunda yarışan "Linkoln Siti" tarixi nailiyyətə imza atıb.

"Mediasport" xəbər verir ki, 1-ci Liqada mübarizə aparan komanda 65 illik fasilədən sonra Çempionşipə (2-ci Liqaya) vəsiqə qazanıb.

42-ci turunda "Ridinq" səfərində 2:1 hesablı qələbə qazanan Maykl Skubalanın yetirmələri bu uğura mövsümün başa çatmasına 5 tur qalmış nail olublar.

Xal ehtiyatını 99-a çatdıran lider "Linkoln Siti" ən yaxın izləyicisi "Kardiff"i 12 xal qabaqlayır.

3-cü sırada qərarlaşmış "Bredford Siti" qalan 5 turun hamısında qələbə qazansa belə, ilk iki kollektivin nəticəsi dəyişməz qalacaq.

Xatırladaq ki, Çempionşipdə sonuncu dəfə 1960/1961-ci illər mövsümündə iştirak edib.