Marko Yankoviç yenidən millidə, bu dəfə Edvin Kuça ehtiyac duyulmadı

Marko Yankoviç yenidən millidə, bu dəfə Edvin Kuça ehtiyac duyulmadı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç yenidən Monteneqro milli komandasına çağırılıb.

"Mediasport" xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yığmanın bu ay keçirəcəyi yoldaşlıq oyunlarında baş məşqçi Mirko Vuçiniçin sərəncamında olacaq.

Milliyə Azərbaycandan dəvət alan digər monteneqrolu - "Neftçi"nin üzvü Edvin Kuça bu dəfə ehtiyac duyulmayıb.

Xatırladaq ki, komanda martın 27-də Andorra, martın 31-də Sloveniya seçmələri ilə Podqoritsada qarşılaşacaq.