"Zirə"nin hücumçusu millidə yenə oynadı, gürcülər bərabərə qaldılar

"Zirə"nin hücumçusu millidə yenə oynadı, gürcülər bərabərə qaldılar

"Zirə"nin futbolçusu Davit Volkovun formasını geyindiyi Gürcüstan millisi növbəti yoldaşlıq oyununu keçirib.

"Mediasport" xəbər verir ki, fransalı Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Kabo Verde yığması ilə qarşılaşıb.

Kutaisidə baş tutan matçda qalib müəyyənləşməyib (1:1), "Zirə"nin hücumçusu meydana ikinci hissədə çıxıb.

Xatırladaq ki, Volkovlu Gürcüstan seçməsi 3 gün əvvəl keçirilmiş ilk yoldaşlıq görüşündə Farer adaları üzərində 1:0 hesablı qələbə qazanmışdı.