6 dünya çempionatının hamısında qol vuran Messi yeni tarix yazdı

6 dünya çempionatının hamısında qol vuran Messi yeni tarix yazdı

Dünya futbolunun canlı əfsanələrindən Lionel Messi yeni tarixi nailiyyətə imza atıb.

"Mediasport" xəbər verir ki, Argentina milli komandasının lideri buna 96 illik tarixə malik dünya çempionatlarının final mərhələlərində vurduğu qolların sayını 18-ə çatdırmaqla nail olub.

Rekordlara doymayan 39 yaşlı superulduz Avstriya yığması ilə görüşdə dubl edərək siyahının lideri, əfsanəvi almaniyalı Miroslav Klozeni (16) geridə qoyub.

İştirak etdiyi 6 mundialın hamısında qol vuran yeganə futbolçu hazırkı Dünya Kubokunda argentinalıların aktivində olan 5 topun hamısının müəllifi Leodur.