Keçmiş futbolçusu "Mançester Yunayted"ə baş məşqçi qoyuldu
İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Ruben Amorimdən boş qalan posta Maykl Karrik təyin edilib.
45 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Nəticələrdən asılı olaraq, anlaşma müddətinin uzadılıb-uzadılmayacağına qərar veriləcək.
Xatırladaq ki, İngiltərə yığmasının futbolçusu olmuş Karrik 2006-2018-ci illərdə Mançester klubunun heyətində 316 oyun keçirib.
O, "qırmızı şeytanlar"la 5 dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqası, Avropa Liqası və klublararası dünya çempioantının qalibi olub.
O, 2022-2025-ci illərdə "Middlsbro"nun baş məşqçisi olub.
