Dünya Kubokunda sonuncu 1/4 finalçı penaltilərlə müəyyənləşdi
Futbol üzrə 23-cü dünya çempionatında sonuncu 1/8 final görüşü keçirilib.
"Mediasport" xəbər verir ki, bununla da 1/4 finala vəsiqə qazanan son kollektiv məlum olub.
İsveçrə millisi Kolumbiya ilə çətin görüşdə 120 dəqiqə qolsuz bərabərlikdən sonra - penaltilər seriyası ilə növbəti raunda yüksəlib.
Beləliklə, 1/4 finalda İsveçrə ilə yanaşı, Argentina, Fransa, Mərakeş, Norveç, İngiltərə, İspaniya və Belçika yığmaları yarışacaqlar.
Mundial iyulun 19-dək davam edəcək.


