Zidan rəsmən Fransa millisində

Zidan rəsmən Fransa millisində

Zinəddin Zidanın Fransa milli komandasına baş məşqçi təyinatı rəsmiləşib.

"Mediasport" xəbər verir ki, anlaşmanı Fransa Futbol Federasiyası açıqlayıb.

Əfsanəvi futbolçu ilə 4 illik müqavilə bağlanıb.

54 yaşlı mütəxəssis bu postda Didye Deşamı əvəzləyib.

Xatırladaq ki, 12 il (1994-2006) Fransa yığmasının futbolçusu olmuş Zidan yığma ilə dünya (1998) və Avropa çempionu (2000) olub.