La Liqaya vəsiqə qazanan sonuncu komanda müəyyənləşdi
İspaniya La Liqasının yeni mövsümündə iştirak edəcək sonuncu komandanın adı məlum olub.
"Mediasport" xəbər verir ki, "Malaqa" 8 illik fasilədən sonra elitaya yüksəlib.
Xuan Fransisko Funyesin baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin finalında “Almeriya”nı məğlub edib - 2:1.
Xatırladaq ki, daha əvvəl çempion “Rasinq” (Santander) və “Deportivo” Primeraya vəsiqə qazanmışdı.
“Real Ovyedo”, “Jirona” və “Malyorka” isə La Liqadan düşüb.


