12-ci Dünya Oyunları başlandı

 12-ci Dünya Oyunları başlandı

Çinin Çendu şəhərində 12-ci Dünya Oyunlarına start verilib.

"Mediasport" xəbər verir ki, oyunların açılış mərasimində Azərbaycan nümayəndə heyəti üçrəngli bayrağımızla paraddan keçib.

Avqustun 17-dək davam edəcək Oyunlarda Azərbaycan 6 idman növündə - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunacaq.