Azərbaycan cüdoçuları beynəlxalq turnirlərdə 4 medal qazandılar

 Azərbaycan cüdoçuları beynəlxalq turnirlərdə 4 medal qazandılar

Azərbaycan cüdoçuları 2 fərqli turnirdə ümumilikdə 4 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, gənc cüdoçular Türkiyənin İstanbul şəhərində start götürən Avropa Kubokunda 3 mükafata sahib olublar.

Nihad Məmişov (66 kiloqram) bütün rəqiblərini məğlub edib, Ayxan Mirzəzadə (60 kiloqram) və Sadiq İsgəndərli (66 kiloqram) 3-cü olublar.

Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında 3-cü, oğlanların mübarizəsində 2-ci pillədə qərarlaşıb.

Yeniyetmə cüdoçulardan ibarət millimiz Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Kubokunun ilk gününü bir medalla başa vurub.

Fərid Rzazadə (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.