128 illik tarixində ilk dəfə Superliqanın çempionu oldu

128 illik tarixində ilk dəfə Superliqanın çempionu oldu

Avropanın daxili birinciliklərində futbol çempionatları yekunlaşmaq üzrədir.

Bəzi ölkələrdə gözlənilməz nəticələr qeydə alınır.

Məsələn, İsveçrədə 128 illik tarixi olan "Tun" ilk dəfə Superliqa çempionluğu yaşayıb.

"Lask" 61 ildən sonra Avstriyanın ən güclüsü adını əldə edib.

Danimarkada "Orhus" 40 illik həsrətə son qoyub.

Rumıniyada "Universitatya Krayova" 35 illik fasilədən sonra qızıl medalları qazanıb.

Macarıstanda "Ferensvaroş"un son mövsümlərdəki hegemonluğuna nöqtə qoyan "Qyör" 13 ildən sonra yüksək liqanın qalibi olub.

Mediasport.com.az