Almaniya çempionu son 30 ildə ilk dəfə aşağı liqaya düşdü - VİDEO
Futbol üzrə Almaniya Bundesliqasını tərk edən sonuncu klubun adı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Volfsburq" 1997-ci ildən bəri ilk dəfə aşağı liqaya yuvarlanıb.
2008/2009-cu illərdə Bundesliqada çempion olmuş "canavarlar" pley-offda "Paderborn"a məğlub olublar - 1:2.
Xatırladaq ki, daha əvvəl "Haydenhaym" və "Sankt Pauli"nin Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.
Beləliklə, "Paderborn"la yanaşı, 2-ci Bundesliqada çempion olan "Şalke" və gümüş medalçı "Elversberq" elitaya yüksəlib.


