1/4 finallardan sonra ölkələrin və klubların UEFA reytinqi yeniləndi

1/4 finallardan sonra ölkələrin və klubların UEFA reytinqi yeniləndi

Avrokubokların 1/4 final mərhələlərinin cavab matçlarından sonra ölkələrin və klubların yeni UEFA reytinqi açıqlanıb.

"Mediasport" xəbər verir ki, hesabında 19,625 əmsalı olan Azərbaycanın sıralamada mövqeyi dəyişməyib - 30-cu yer.

Klubların reytinq cədvəlində ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Qarabağ" 32,000 əmsalla 69-cu pillədə qərarlaşıb.

"Neftçi" 8,000 əmsalla 187-ci, "Zirə", "Sabah" və "Sumqayıt" 4,000 əmsalla müvafiq olaraq 318-319-323-cüdür.

Klub reytinqinə 143,500 xalla Madrid "Real"ı, ölkələrin sıralamasına isə 112,553 əmsalla İngiltərə başçılıq edir.