Azərbaycan çempionatında FANTASTİK HESAB -18:0

Futbol üzrə AFFA Region Liqasında fantastik hesab qeydə alınıb.
"Mediasport" xəbər verir ki, 5-ci tur çərçivəsində baş tutmuş "Şirvan" OİK - "Ərgünəş" qarşılaşmasında meydan sahibləri rəqib qapısından 18 cavabsız top keçirib.
Şirvan Olimpiya Kompleksinin stadionunda keçirilmiş oyunda Füzuli komandasının qapısına vurulan qollardan 13-nün müəllifi Cavid Nəciyev olub.
9 xalı olan "Şirvan" OİK Mərkəzi Zonanın D qrupunda 5 turdan sonra 3 qələbə, bir məğlubiyyətlə ikinci pillədə qərarlaşıb.