15 yaşlı Ülviyyə Mustafayeva Avropa çempionu adını qazandı
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində U-15 Avropa çempionatında qızıl medal qazanıb.
"Mediasport" bildirir ki, 33 kq çəki dərəcəsində yarışan Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək qitə çempionu olub.
Beləliklə, təmsilçimiz Azərbaycanın U-15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçisi kimi tarixə düşüb.
Mədinə Kərimova (46 kq) bürünc medal uğrunda görüşdə Türkiyə idmançısı Karin Güleri "tuş"la məğlub edərək üçüncü yeri tutub.


