Avropa çempionatı Azərbaycan güləşçiləri üçün yaxşı başlamadı

Avropa çempionatı Azərbaycan güləşçiləri üçün yaxşı başlamadı

Slovakiyanın paytaxtı Bratislavada start götürən böyüklər arasında güləş üzrə Avropa çempionatı Azərbaycan millisi üçün yaxşı başlamayıb.

"Mediasport" xəbər verir ki, ilk gündə tatamiyə çıxan 5 sərbəst güləşçimizdən heç biri finala yüksələ bilməyib.

Təmsilçilərimizdən İslam Bazarqanov (54 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) yarımfinalda uduzaraq bürünc medal görüşünə vəsiqə qazanıblar.

Orxan Abasovla (79 kiloqram) və Abubakr Abakarov (97 kiloqram) isə ümidləri doğrultmayıblar.

Qitə birinciliyi aprelin 13-dək davam edəcək.