"Böyük beşlik" çempionatlarında milli fasiləyə lider yollanan klublar

"Böyük beşlik" çempionatlarında milli fasiləyə lider yollanan klublar

Əksər ölkələrdə olduğu kimi, rəsmi və qeyri-rəsmi matçlar səbəbindən Avropanın "Böyük beşlik" çempionatlarında da milli komandaların oyunları ilə əlaqədar 2 həftəlik fasilə yaranıb.

"Mediasport" xəbər verir ki, mövsümün startından bu yana daxili birinciliklərdə qismən fərqli mənzərə yaranıb.

Gözləntilərin əksinə olaraq, bəzi birinciliklərdə turnir cədvəlinə ikinci eşelon klublar başçılıq edirlər.

İngiltərə Premyer Liqasında "Mançester Siti" və İspaniya La Liqasında "Barselona"nın zirvədə olması gözləniləndir, lakin Almaniya Bundesliqasında "Borussiya" Dortmund, İtaliya A Seriyasında "Roma", Fransada isə "Monako"nun zirvədə qərarlaşacğı sürpriz sayıla bilər.

"Mançester Siti" 5, "Barselona" 7, "Borussiya" 4 turdan sonra keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

"Roma" və "Monako" isə 5 tura 13 xal toplamaqla hələlik 1-cidir.