DÇ-də ilk gün: Azərbaycanın bir güləşçisi finala vəsiqə qazandı

DÇ-də ilk gün: Azərbaycanın bir güləşçisi finala vəsiqə qazandı

Bakıda start götürən güləş üzrə U-17 dünya çempionatında ilk gün arxada qalıb.

"Mediasport" xəbər verir ki, mübarizəyə qoşulan 5 yunan-Roma güləşçimizdən biri finala, ikisi bürünc medal görüşünə vəsiqə qazanıb.

80 kq çəki dərəcəsində yarışan İsfahan Həsənov sabah çempionluq uğrunda yarışacaq.

Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) 3-cü yer üçün güləşəcək.

Emin Baxşəliyev (110 kq) təsnifatda, Qurban Məcnunov (55 kq) isə 1/8 finalda uduzub.

Xatırladaq ki, avqustun 2-dək keçiriləcək mundialda Azərbaycan ümumilikdə 29 güləşçi ilə təmsil olunacaq.