Avropa çempionatında 3 qadın güləşçimiz mübarizəyə başlayır

Avropa çempionatında 3 qadın güləşçimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq.

Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Günay Qurbanova (59 kq) isə bürünc medal görüşünü keçirəcək.

Xatırladaq ki, Azərbaycan komandası əvvəlki günlərdə 5 medal qazanıb - Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər.

Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.