Azərbaycan yığmasının sabah Türkiyədə toplanışı başlanır

 Azərbaycan yığmasının sabah Türkiyədə toplanışı başlanır

Azərbaycan sərbəst güləş üzrə U-20 millisi növbəti təlim-məşq toplanışına başlayır.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Komanda sabahdan Bursada Türkiyə millisi ilə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi hazırlıq keçəcək.

Təlimə Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) cəlb ediliblər.

Millimiz toplanış bitdikdən sonra aprelin 17-19-da keçiriləcək "Çempionlar" turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.