Güləşçilərimiz reytinq turnirinin ilk günündə 3 medal qazandılar

 Güləşçilərimiz reytinq turnirinin ilk günündə 3 medal qazandılar

Albaniyanın paytaxtı Tiranada güləş üzrə "Muhamet Malo" reytinq turniri start götürüb.

"Mediasport" xəbər verir ki, mübarizəyə qoşulan Azərbaycan təmsilçiləri ilk günü 3 medalla başa vurublar.

65 kq çəkidə yarışan Rəşid Babazadə yalnız finalda uduzaraq gümüş mükafat əldə edib.

İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal əldə ediblər.

Turnir martın 1-də yekunlaşacaq.