16 ildən sonra Super Liqada

16 ildən sonra Super Liqada

Futbol üzrə Türkiyə 1-ci Liqasında mövsümün başa çatmasına 3 tur qalmış çempion müəyyənləşib.

"Mediasport" xəbər verir ki, lider "Kocaelispor" ən yaxın izləyicisi "Karagümrük"ün 35-ci tur məğlubiyyəti ilə 16 illik həsrətə son qoyaraq Super Liqa vəsiqəsini təmin edib.

Hazırda 69 xalı olan Kocaeli təmsilçisi 16 ildən sonra yüksək liqaya çıxıb.