Kabo Verde tarixi nəticəyə imza atdı: Pley-offa vəsiqə qazandılar

Kabo Verde tarixi nəticəyə imza atdı: Pley-offa vəsiqə qazandılar

ABŞ, Kanada və Meksikanın birgə keçirdiyi futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, G, H və I qruplarında pley-offa vəsiqə qazanan milli komandaların adları müəyyənləşib.

G qrupunda Belçika, Misir və İran növbəti mərhələyə yüksəliblər.

H qrupunda lider İspaniya millisi ilə yanaşı, ilk dəfə mundialın final mərhələsinə vəsiqə qazanan Kabo Verde yığması da 1/16 finala adını yazdırıb.

I qrupunda Fransa, Norveç və Seneqal DÇ-2026-da yoluna davam edir.

DÇ-2026. 3-cü tur

I qrupu

Fransa - Norveç 4:1

Seneqal - İraq 5:0

Xal durumu: Fransa - 9 xal, Norveç - 6 xal, Seneqal - 3 xal, İraq - 0 xal

H qrupu

Kabo Verde - Səudiyyə Ərəbistanı 0:0

Uruqvay - İspaniya 0:1

Xal durumu: İspaniya - 7 xal, Kabo Verde - 3 xal, Uruqvay - 2 xal, Səudiyyə Ərəbistanı - 2 xal

G qrupu

Misir - İran 1:1

Yeni Zelandiya - Belçika 1:5

Xal durumu: Belçika - 5 xal, Misir - 5 xal, İran - 3 xal, Yeni Zelandiya - 1 xal