Dirk Köyt yenidən "Fənərbaxça"da

 Dirk Köyt yenidən "Fənərbaxça"da

Niderland milli komandasının sabiq futbolçusu Dirk Köyt "Fənərbaxça"da işləyəcək.

"Mediasport" xəbər verir ki, 45 yaşlı mütəxəssis baş məşqçi İsmail Kartalın köməkçilərindən biri olacaq.

O, Türkiyəyə gələrək "bülbüllər"lə müqavilə bağlayıb.

2012-2015-ci illərdə Türkiyə nəhənginin formasını geyinmiş Köyt məşqçilik fəaliyyətinə 2018-ci ildə "Feyenoord"un U-19 komandasında başlayıb.

Ölkəsində "Den Haaq" və "Dordrext", Belçikada isə "Byerşot" klubunda işləyib.