Azərbaycan millisinin sabiq baş məşqçisi istefaya göndərildi

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasından istefaya göndərilib.
"Mediasport" xəbər verir ki, xorvatiyalı mütəxəssisi Mirko Vuçiniç əvəzləyib.
2022-ci ildən məşqçilik edən veteran futbolçu ilə DÇ-2026-nın seçmə qrup mərhələsinin sonuna qədər müqavilə bağlanıb.
Xatırladaq ki, Xorvatiya, Çexiya, Farer adaları və Cəbəllütariq kollektivləri ilə eyni qrupda yer alan Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi 5 oyundan sonra 6 xalla 4-cü sırada qərarlaşıb.
Farer adaları ilə eyni xala malik monteneqrolular lider Xorvatiyadan 6 xal geri qalırlar.
Robert Prosineçki Azərbaycan yığmasında 2014-2017-ci illərdə işləyib.