"Fənərbağça"nın yeni baş məşqçisi Emre Belözoğlu oldu - RƏSMİ
Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi məlum olub.
"Mediasport" xəbər verir ki, İstanbul klubunu Emre Belözoğlu çalışdıracaq.
Məlumatı Türkiyə nəhənginin rəsmi saytı paylaşıb.
Mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.
O, son olaraq ötən mövsüm "Kasımpaşa"nı çalışdırıb.
Belözoğlu futbolçu kimi 2008-2012 və 2019-2020-ci illərdə "Fənərbağçada oynayıb.

