20-ci xoşbəxt ölkə DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandı

20-ci xoşbəxt ölkə DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandı

2026-cı ildə tarixdə ilk dəfə 3 ölkənin ev sahibliyi və 48 milli komandanın iştirakı ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan yığma sayı 20-yə çatıb.

"Mediasport" xəbər verir ki, son olaraq bu hüquqa Afrika zonasından Əlcəzair seçməsi yiyələnib.

Daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada) ilə yanaşı, Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Mərakeş, Tunis və Misir DÇ-2026-nın əsas raunduna vəsiqə əldə ediblər.

Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.